“Gəlin qarpız kimidir, bilmirsən necə çıxacaq?” — Nadir Qafarzadə

ŞOU-BİZNES 24 fev 2020, 22:36

"Uşaqlarıma ev də, maşın da almışam. Mən ölsəm işləməsələr də onları satıb 10 il yeyə bilərlər."

 
Demokrat.az
xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə "Ay Zaur" verilişində deyib.

 
"İstəyirəm Allah mənə o qədər pul versin ki, oğlumun toyunda pul yığmayım. Utanıram... Şou-biznesin içindəyəm. Hər sözlərini bilirəm. Zəng edib bir-birlərinə deyəcəklər ki, görürsən pul yığır. Hansı gəlinim əxlaqlı olsa onu çox istəyəcəm. Düzdür gedib özüm alacam amma gəlin qarpız kimidir, bilmirsən necə çıxacaq. Ona görə qız alanda birinci gərək onun nəslini araşdırasan. Gəlinim yaxşı olsa, oğlum onla pis davransa onu evdən qovaram" .


Nadir daha sonra həmkarı Tacir Şahmalıoğlu kimi yenidən ata olması sualına isə belə cavab verib:

 
"Ayıbdır, yox. Tacirin öz düşüncəsi var. 24 yaşında oğlum var. Təsəvvür et 24 yaşlı oğul anası qucağında uşaqla gəzir. Oğul ataya anaya nə hörmət qoyar?” (azxeber)

 

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top