İlham Əliyev bu komissiyanın yeni tərkibini təsdiq etdi

SOSİAL 24 fev 2020, 13:42

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında fərman imzalayıb. 

 

Bununla bağlı AZƏRTAC məlumat yayıb. 

 

Fərmana əsasən, “Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 aprel tarixli 26 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 4, maddə 703) 1-ci hissəsi ləğv edilib. 

 

Bundan başqa, Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının aşağıdakı yeni tərkibi təsdiq edilib:

 

Komissiyanın sədri

 

Əli Əsədov – Azərbaycan Respublikasının Baş Naziri

 

Komissiyanın üzvləri

 

Əli Əhmədov – Azərbaycan Respublikası Baş Nazirinin müavini

 

Ramiz Mehdiyev – Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti

 

Əbülfəs Qarayev – Azərbaycan Respublikasının Mədəniyyət naziri

 

Oqtay Şirəliyev – Azərbaycan Respublikasının Səhiyyə naziri

 

Ceyhun Bayramov – Azərbaycan Respublikasının Təhsil naziri

 

Anar Quliyev – Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri

 

İbrahim Quliyev – Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti

 

İsa Həbibbəyli – Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti

 

İsmayıl Hacıyev – Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin sədri

 

Fərhad Bədəlbəyli – Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru

 

Ömər Eldarov – Azərbaycan Rəssamlıq Akademiyasının rektoru

 

Siyavuş Kərimi – Azərbaycan Milli Konservatoriyasının rektoru

 

Əhliman Əmiraslanov – Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü

 

Abel Məhərrəmov – Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü

 

Elbay Qasımzadə – Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri

 

Şəfiqə Məmmədova – Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri

 

Məhərrəm Qasımlı – Azərbaycan Aşıqlar Birliyinin sədri

 

Çingiz Abdullayev – Azərbaycan Yazıçılar Birliyinin katibi

 

Cəlal Abbasov – Azərbaycan Bəstəkarlar İttifaqının katibi

 

Natiq Əliyev – Xalq rəssamı

 

Mövlud Süleymanlı – Xalq yazıçısı.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top