Vasif Talıbov yenidən sədr seçildi

SOSİAL 24 fev 2020, 13:18

Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası keçirilib.


Demokrat.az xəbər verir ki, Vasif Talıbov yenidən Ali Məclisin Sədri seçilib.


Sessiyada çıxış edərək göstərilən etimada görə muxtar respublika əhalisinə və Ali Məclisin deputatlarına təşəkkürlərini çatdıran Ali Məclisin Sədri deyib ki, fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə keçirilən seçkilər bir daha təsdiq etdi ki, ulu öndər Heydər Əliyev siyasi xətti Azərbaycanın inkişaf, sabitlik və rifah yoludur.

 

"Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ötən çağırışdakı fəaliyyəti dövründə ulu öndər Heydər Əliyev siyasi xətti muxtar respublikada inkişafın əsas hərəkətverici qüvvəsinə çevrilmiş, ərzaq, enerji və müdafiə təhlükəsizliyinin təmin olunması sahəsində mühüm işlər görülmüşdür. Nəzərdə tutulan proqramlar vaxtında icra olunmuş, yeni infrastruktur, istehsal və emal sahələri, sosial-mədəni obyektlər yaradılmış, ordu quruculuğuna diqqət artırılmış, əhalinin həyat səviyyəsinin yüksəldilməsi üçün tədbirlər görülmüşdür".


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top