Hafiz Hacıyev xəstəxanaya yerləşdirildi

HADİSƏ 24 fev 2020, 13:03

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin səhhətində problemlər yaranıb.

 

Demokrat.az bildirir ki, bu barədə Oxu.Az-a Hafiz Hacıyevin özü məlumat verib.

 

O bildirib ki, ürəyində problemlər var və  bir neçə gündür xəstəxanadadır.

 

“Mən həkim nəzarəti altındayam. Hazırda xəstəxanadayam. Səhhətimdə yaranan problemlə əlaqədar çox danışa bilmirəm”, - deyə Hafiz Hacıyev söyləyib.

 

Xatırladaq ki, Hafiz Hacıyev Milli Məclisə keçirilən növbədənkənar seçkilərdə 101 saylı Göygöl-Daşkəsən Seçki Dairəsi üzrə namizəd idi.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top