Elman Nəsirov: “Cəlilabadda hər hansı virus yayılmayıb”

GÜNDƏM 24 fev 2020, 13:26

V çağırış Milli Məclisin deputatı, 68 saylı Cəlilabad seçki dairəsi üzrə lider namizəd Elman Nəsirov rayonda koronavirusun yayılması ilə bağlı xəbərlərə münasibət bildirib.

 

E.Nəsirov Pravda.az-a açıqlamasında deyib ki, yayılan məlumatlar həqiqətəuyğun deyil.

 

“Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi də bununla bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, Azərbaycanda koronavirusa yoluxma halı qeydə alınmayıb. Bilirsiniz ki, Astara və Biləsuvar gömrük sərhəd buraxılış məntəqələrinin fəaliyyətinə məhdudiyyət qoyulub. Bu, İranda yayılan koronavirusla bağlıdır. Müəyyən maraqlı tərəflər var ki, süni şəkildə dezinformasiya yayırlar, narahatlıq yaratmağa çalışırlar. Cəlilabadla əlaqə saxlamışam. Yayılan məlumatlar dezinforasmiyadan başqa bir şey deyil” – E.Nəsirov qeyd edib.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top