İrandakı koronavirus qonşu ölkələrə keçdi — RƏSMİ

DÜNYA 24 fev 2020, 13:13

İranda 43 nəfərdə təsbit edilən koronavirus bu ölkənin qonşularına yayılmağa başlayıb.

 

Demokrat.az xəbər verir ki, İranın iki qonşusu Bəhreyn və Küveytdə dəhşətli virusa yoluxma hallarına rast gəlinib.

 

Bəhreyn rəsmi xəbər agentliyi (BNA) məlumat verib ki, ölkədə ilk koronavirusa yoluxma halı qeydə alınıb.
 

Küveyt rəsmi xəbər agentliyi (KUNA) isə İranın Məşhəd şəhərinə səfər edən 3 nəfərdə virusun tapıldığını açıqlayıb.

 

Küveyt Səhiyyə Nazirliyi virusa yoluxanlardan birinin Səudiyyə Ərəbistanı, digərinin isə Küveyt vətəndaşı olduğunu bəyan edib.

 

Rəsmi məlumata görə, İranda bir çox şəhərlərdə qeydə alınmış koronavirus 8 nəfərin həyatına son qoyub.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top