SON DƏQİQƏ! Bakıda yaşayış binası yanır — ANBAAN VİDEO

HADİSƏ 24 fev 2020, 11:08

Yaşayış binasında yanğın hadisəsi baş verib.

 

Demokrat.az xəbər verir ki, yanğın Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsində olan binalardan birində qeydə alınıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib.

 

Bina ətrafına maşınların girişi bağlanıb.

 

Bina sakinlərinin verdiyi məlumata görə, yanğın zamanı evdə 3 uşaq olub.

 

Daha sonra 2-si xilas edilib, 1-nin isə hələ də yanğın baş verən mənzildə qaldığı bildirilib.

 

Binada qaz olmadığı qeyd edilib. Yanğının baş vermə səbəbi açıqlanmayıb. (yenicag.az)

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top