"Fənərbağça"nın baş məşqçisi istefa verdi ?

İDMAN 24 fev 2020, 09:44

"Fənərbağça"nın baş məşqçisi  Ersun Yanal istefa verib.

 

Demokrat.az Türkiyə mediasına istinadla xəbər verir ki, mütəxəssis "sarı-lacivərdlilər"in  Türkiyə Superliqasının son turunda "Qalatasaray"a məğlub olduqdan sonra bu addımı atıb. 

 

"Fənərbaxça"nın baş məşqçisi Ərsun Yanal istefa verməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. Belə ki, o, istefa ərizəsini rəhbərliyə təqdim etməsi ilə bağlı gəzən söz-söhbəti yalanlayıb.

 

Təcrübəli mütəxəssis "Fənərbaxça"dan ayrılmaq niyyətində olmadığını vurğulayıb: "İstefamdan söhbət gedə bilməz. Sona qədər mübarizəni davam etdirəcəyik".

 

Xatırladaq ki, dünən baş tutan derbidə "Qalatasaray" 21 ildən sonra "Fənərbağça"nı səfərdə məğlub edə bilib. Matç "Cimbom"un 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top