Erməni ordusunda korona virusu yayıldı — KARANTİN

HADİSƏ 23 fev 2020, 23:53

İşğal olunmuş Dağlıq Qarabağ ərazisində yerləşən Ermənistan ordusunun ən böyük problemlərindən biri də əsgərlərin içməli su ilə təminatındakı acınacaqlı vəziyyətdir.


Demokrat.az xəbər verir ki, bu günlərdə Madagizdəki hərbi hissələrdən birinin cəbhə xəttindəki bölmələrinə içməli su çatışmazlığından çirkab sulardan istifadə edən əsgərlər arasında koronavirus yayılıb.


Karantin tədbirlərinin görülməsinə baxmayaraq, Aram Arekelyan adlı hərbi qulluqçunun səhhətində ciddi problemlər yaranıb və o ağır vəziyyətdə Xankəndindəki hərbi hospitala yerləşdirilib.


Hadisə ictimaiyyətdən gizlədilsə də “DQR” “kənd təsərrüfatı naziri” Aram Mxoyan, “ətraf mühit və təbii ehtiyatlar üzrə idarə rəisinin birinci müavini” Artur Qabrielyan və yerli “hərbi komandanlığın” iştirakı ilə hərbi hissələrin içməli su ilə təminatına dair fövqəladə toplantı keçirilib.(Polemika.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top