Fəzail Ağamalı üçün bəd xəbər: Nəticələr ləğv edildi

GÜNDƏM 23 fev 2020, 20:10

Mərkəzi Seçki Komissiyasının (MSK) Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 60 saylı Salyan-Neftçala seçki dairəsi üzrə 11 məntəqənin nəticələrinin ləğvi barədə qərar qəbul edilib. 

 

Demokrat.az-ın xəbərinə görə, bu qərar həmin dairə üzrə namizədlər Aytən Qurbanova və Kamil Musəvinin şikayəti əsasında verilib.

 

MSK üzvü Baxşeyiş Əsgərov bildirib ki, həmin dairənin 4, 5, 8 və 13, 15, 23, 27, 32, 35, 37 və 39 saylı seçki məntəqələrində qanun pozuntularının olduğu öz təsdiqini tapıb.

 

Qeyd edək ki, həmin dairə üzrə lider namizəd Fəzail Ağamalıdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top