“Gənclik”də parkinq çökür — FOTOLAR

SOSİAL 23 fev 2020, 20:39

Bakının Nərimanov rayonunda, Atatürk parkının girişində (“Gənclik” metrostansiyasının yaxınlığı) avtomobillər üçün nəzərdə tutulan ödənişli parklanma yeri çökür.

 

Demokrat.az-ın xəbərinə görə, parkinq tunelin üzərində yerləşdiyindən təhlükə iki qat artıb. Çökən bəzi hissələrə asfalt örtüyü döşənsə də, yenidən çökmənin olduğu müşahidə olunur.
 

Hər gün orada onlarla avtomobil park edilir, bu da açıq təhlükə deməkdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top