Tərtərdə mərmi aşkar olunub — FOTO

HADİSƏ 23 fev 2020, 23:30

Tərtər rayonu, Həsənqaya kəndi ərazisində mərmi tapılıb.


Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən Demokrat.az-a verilən xəbərə görə, bu barədə məlumat agentliyə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən daxil olub.


Məlumata əsasən, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu həmin əraziyə göndərilib və adı qeyd olunmuş ərazidə 1 ev və həyətyanı sahəyə baxış keçirilib. 


Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 82 mm-lik minaatan mərmisi (OF-832) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
 

Minaatan mərmisinin ətrafında 500 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top