Azərbaycanın "tender qəhrəmanları": Bir adamın adına 200, bir ünvanda 355 şirkət...

SOSİAL 23 fev 2020, 22:33

Azərbaycan iqtisadiyyatının ən yaralı yerlərindən biri olan və büdcə vəsaitlərinin mənimsənilməsində xüsusi rol alan tenderlərin, satınalmaların bir çox hallarda saxta, qurama şirkətlər tərəfindən qazanılması heç kimə sirr deyil. Əksər hallarad belə şirkətlər "tender qəhrəmanlarının" özlərinin deyil, bu işdən heç bir anlayışı olmayan kənar şəxslərin adlarına qeydiyyatdan keçirilir.


Bu səbəbdən çox vaxt bir fiziki şəxsin adına onlarla, hətta yüzlərlə şirkət qeydə alınır. Həmçinin, bir ünvana çoxlu sayda şirkət qeydiyyata götürülür. Lakin nədənsə, həmin şirkətləri qeydə alan dövlət qurumları bunun açıq-aşkar saxtakarlıq olduğuna məhəl qoymurlar. Doğrudur, qanunla bir ada, yaxud bir ünvana hansı sayda şirkət açılması ilə bağlı yəqin ki, qadağa yoxdur. Lakin reallıqda bu hal dövlət orqanlarında şübhə yaratmaya bilməz. Ancaq görünür, belə şirkətlərin özlərinə görə "arxa-dayağı" var, bu səbəbdən onların şübhəli fəaliyyətinə göz yumulur…


Demokrat.az xəbər verir ki, belə şirkətlər və fiziki şəxslərlə bağlı araşdırmaçı jurnalist Cavanşir Həsənli maraqlı məlumatlar paylaşıb. 


Bu məlumatlardan belə aydın olur ki, Azərbaycanda bir fiziki şəxsin adına 199 şirkət, bir ünvanda isə 355 şirkətin qeydə alınması kimi faktlar var. Jurnalist iddia edir ki, həmin şirkətlər əsasən dövlət qurumlarının keçirdikləri tenderləri saxta yollarla qazanmaq və büdcə vəsaitlərinin mənimsənilməsi üçün açılıb.


Həmin paylaşımları diqqətinizə çatdırırıq: "Büdcəni dağıdan saxta tender şirkətləri kimlərin adınadır? Bu şəxslərin bəzilərinin o şirkətlərdən heç xəbəri yoxdur.


AĞARƏHİM MƏMMƏDOV QƏRİBŞAH OĞLU
199 şirkət


ALLAHYAR MİRZƏYEV ADAŞİL OĞLU
186 şirkət


TEYMUR ƏLİYEV MÖMİN OĞLU
181 şirkət


MEHMAN MİRZƏLİYEV CANMİRZƏ OĞLU
143 şirkət


ƏLƏDDİN CABBARLI NURƏDDİN OĞLU
139 şirkət


HİKMƏT TAĞIYEV ƏDALƏT OĞLU
131 şirkət


ŞAMİL QANDAYEV RAMAZAN OĞLU
128 şirkət


ELVİN ƏSGƏROV CƏMİL OĞLU
125 şirkət


ƏBİLFƏZ MƏMMƏDOV İNŞALLA OĞLU
123 şirkət


FƏRQAN CƏFƏRLİ ETİBAR OĞLU
122 şirkət


MİSKİN HÜMBƏTOV İBRAHİM OĞLU
109 şirkət


ƏLİABBAS İMANOV AĞABƏY OĞLU
104 şirkət


Aşağıdakı ünvanlarda hüquqi qeydiyyatda olan şirkətlərin sayına diqqət yetirin. Böyük əksəriyyəti büdcə sökən tenderlərdə istifadə olunan saxta şirkətlərdir.


BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, QARA QARAYEV PR., ev 1, m. 46
355 şirkət


BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, MİR CƏLAL 4 MKR, ev 60, m. 89
213 şirkət


BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, AZƏR MANAFOV, ev 14, m. 54
207 şirkət


MINGƏÇEVİR ŞƏHƏRİ, SABİR, ev 1151, m. 1
140 şirkət


BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, ASİF MƏHƏRRƏMOV, ev 15, m. 10
120 şirkət


BAKI ŞƏHƏRİ SURAXANI RAYONU, ƏMİRCAN ŞTQ, NEFTÇİ (ƏMİRCAN QƏS.), ev 3, DALAN 2
114 şirkət


SUMQAYIT ŞƏHƏRİ, 6 MKR, ev 27, m. 39
108 şirkət


BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, ŞƏRİFZADƏ, ev 80, m. 6
100 şirkət


(Qaynarinfo)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top