Azərbaycanda yeni virus yayılıb — Əhalinin nəzərinə!

HADİSƏ 23 fev 2020, 19:05

Tovuzun bir neçə kəndində "parotit", yəni el dilində "qulaqdibi" xəstəliyi yayılıb.


Demokrat.az Baku.ws-ə istinadla xəbər verir ki, xəstəlik dörd aydır davam edir.


Xəstəlik virus tipli olduğundan daha çox yayılma xüsusiyyətinə malikdir. Elə bu səbəbdən də xəstəliyin kökünü indiyə qədər kəsmək mümkün olmayıb.


Məktəblərdə xəstəliyə tutulan şagirdlər ən azı 20-25 gün dərsə davamiyyətini dayandırıb. Xəstəlik ilk dəfə rayonun Aşağı Quşçu kəndində yayılıb.


Bundan sonra xəstəlik Qovlar, İbrahimhacılı və digər yaşayış məntəqələrində də yayılmağa başlayıb. Virusun ən çox yayıldığı yerlər məktəblərdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top