Koronavirusa görə İtaliyada idman yarışları ləğv olundu

İDMAN 23 fev 2020, 21:36

İtaliyanın Lombardiya və Veneto regionları ərazilərindəki bütün idman tədbirləri ləğv olunub.

 

"Report"un məlumatına görə, bu barədə ölkənin baş naziri Cüzeppe Konte bəyan edib. Səbəb kimi bu regionlarda koronavirus xəstəlikləri göstərilib.

 

Ləğv olunmuş tədbirlər sırasına A Seriyasının "Verona" - "Kalyari", "Atalanta" - "Sassuolo" və "İnter" - "Sampdoriya" matçları da daxildir. Hər 3 qarşılaşma bu gün keçirilməli idi. Yeni tarixlər hələ açıqlanmır.

 

Eyni zamanda həvəskar və gənclər liqalarında 42 matç, habelə B Seriyasının "Askoli" - "Kromeneze" görüşü də ertələnib.

 

Qeyd edək ki, hazırda A Seriyasının lideri 25 oyundan 60 xal yığan "Yuventus"dur. İlk "3-lüy"ə "Latsio" (56) və "İnter" (54) də daxildir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top