Zəlzələ Türkiyədə ölənlərin sayını 9 nəfərə çatdırdı — YENİLƏNİB

DÜNYA 23 fev 2020, 15:55

Bu gün səhər saatlarında Türkiyə-İran sərhədində baş verən zəlzələ nəticəsində Türkiyənin Van rayonunda 9 nəfər ölüb, 37 nəfər yaralanıb.

 

APA-nın Türkiyə bürosunun məlumatına görə, bunu Türkiyə  Səhiyyə Naziri Fəxrəddin Qoca bildirib.

 

Yaralılardan 9-nun durumu ağırdır.

 

***

saat 13.03

Bu gün səhər saatlarında Türkiyə-İran sərhədində baş verən zəlzələ nəticəsində Türkiyənin Van rayonunda ölənlərin sayı 8 nəfərə çatıb.

 

APA-nın Türkiyə bürosunun məlumatına görə, bunu Türkiyə Daxili İşlər naziri Süleyman Soylu bildirib.

 

Xilasetmə əməliyyatları davam edir. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top