İrandakı zəlzələ Türkiyədə dağıntılar yaratdı: 7 ölü, 5 yaralı var — YENİLƏNİB+FOTOLAR

DÜNYA 23 fev 2020, 12:40

Bu gün səhər saatlarında Türkiyə-İran sərhədində baş verən zəlzələ nəticəsində Türkiyənin Van rayonunda 7 nəfər ölüb, 5 nəfər yaralanıb.

 

Demokrat.az bildirir ki, APA-nın Türkiyə bürosunun məlumatına görə, Türkiyə Daxili İşlər naziri Süleyman Soyolu Vanın Başqala qəsəbəsinə bağlı Özpınar kəndində 6 nəfər, Güvənlik kəndində 1 nəfərin dağıntılar altında qalaraq öldüyünü bildirib.

 

Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu dağıntılar altında qalanların olduğunu bildirib.

 

11:43

İranın Xoy şəhərində baş vermiş 5.9 maqnitudalı zəlzələ Türkiyənin Van şəhərində dağıntılara yol açıb.  

 

“Haberler.com” xəbər verir ki, Vanın Başkale rayonunda kərpic evlər yıxılıb. 


Dağıntılar altında qalan insanlar qurtarılarkən xeyli sayda heyvan tələf olub. (Oxu.az)

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top