Sürücü diqqətsizliyi qəzanı qaçılmaz etdi — VİDEO

HADİSƏ 23 fev 2020, 08:33

Paytaxtın Səbail rayonunda Nizami və Murtuza Muxtarov küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi qeydə alınıb. 

 

Oxu.Az-ın məlumatına əsasən, “Mitsubishi” markalı avtomobil Nizami küçəsi ilə hərəkətdə olan zaman Murtuza Muxtarov küçəsi ilə gələn “Volkswagen” markalı minik maşınının sürücüsü yol hərəkət nişanının tələbi əsasında ona yol verməyib və qəza törədib. 

 

Xoşbəxtlikdən hadisə xəsarətsiz ötsə də, avtomaşınlara ziyan dəyib. 

 

Faktla bağlı araşdırma aparılır. 

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top