Rəhman Rəhmanov əməliyyat olundu — Ağır vəziyyətdə olan aktyorun SON DURUMU

HADİSƏ 23 fev 2020, 00:00

Əməkdar artist Rəhman Rəhmanov əməliyyat olunub.


Demokrat.az yenicag.az-a istinadən xəbər verir ki, əməliyyat nəticəsində aktyorun bağırsaq yolunu kəsən daş çıxarılıb.

 

Aktyor şəkərli diabetdən əziyyət çəkdiyi üçün, əməliyyat açıq deyil, endoskopik yolla baş tutub: “Həkimlər əməliyyatın uğurla keçdiyini deyir”.



Yaxınları aktyorun bir neçə gün sonra ikinci dəfə əməliyyat olunacağını deyib: “Öd kisəsi tamamilə yararsız haldadır, ikinci əməliyyatla onun öd kisəsi çıxarılacaq”.

 

Qeyd edək ki, aktyorun əməliyyat xərcinin əsas hissəsini Bakı Sağlamlıq Mərkəzi üzərinə götürüb.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top