Vasif Talıbovun oğlu deputat seçildi

SOSİAL 22 fev 2020, 19:09

Xəbər vediyimiz kimi, bu gün Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi Ali Məclisə seçilən deputatların adları açıqlanıb.

 

Demokrat.az "Yeni Sabah" a istinadla xəbər verir ki, Ali Məclisə deputat seçilənlərin arasında Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun oğlu Seymur Talıbovun da adı var. S. Talıbov 25 saylı Naxçıvan şəhər seçki dairəsi üzrə seçicilərin 3942-nin və ya 91,1 faiz səsini toplayaraq növbəti 5 ildə Naxçıvan Ali Məclisində deputat kimi fəaliyyət göstərəcək.

 

Qeyd edək ki, Vasif Talıbov 7 saylı Yuxarı Aralıq seçki dairəsi üzrə seçicilərin 4678-nin və ya 94,6 faiz səsini toplayıb.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top