Berlindəki Ümumavropa Qarabağ Mitinqi Türkiyə telekanalında – VİDEO

SOSİAL 22 fev 2020, 17:57

Berlində keçirilən Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş mitinq “Ümumavropa Qarabağ Mitinqi” ilə bağlı Türkiyənin “Haber Global” telekanalında süjet yayımlanıb. 

 

Demokrat.az xəbər verir ki, süjetdə Xocalı soyqırımı haqqında geniş məlumat verilib. 

 

Telekanalın müxbiri Berlindən birbaşa canlı yayıma qoşulub. 

 

O bildirib ki, mitinqə Avropanın müxtəlif ölkələrində yaşayan yüzlərlə azərbaycanlı qatılıb. 

 

Qeyd edək ki, mitinq dünyanın 30 ölkəsinin diaspor təşkilatlarının təşəbbüsü ilə keçirilir, onun təşkilatçılığını isə Almaniya Azərbaycanlıları Alyansı öz üzərinə götürüb.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top