Azyaşlılara siqaret satanlar cərimələndi

KRİMİNAL 22 fev 2020, 22:54

DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi və Yasamal RPİ əməkdaşlarının rayon ərazisində keçirdikləri birgə reydlər nəticəsində bir köşkdə və bir marketdə satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması faktları aşkar edilib.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Demokrat.az-a verilən məlumata görə, həmin satıcılar – A.Səmədov və Z.Bağırova barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
16 apr 2024, 09:22
Top