Bakıda axtarışda olan 26 nəfər saxlanıldı

KRİMİNAL 22 fev 2020, 13:28

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 21-də 34 cinayətin üstü açılıb. 

 

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətindən Demokrat.az-a verilən məlumata görə, onlardan 6-sı əvvəlki dövrlərdən bağlı olan cinayətlərdir.

 

Narkotiklərlə əlaqəli 7, xuliqanlıq üzrə 9, baş vermiş oğurluq hadisələri ilə əlaqədar əməliyyat-axtarış tədbirlər nəticəsində daha 12 faktın açılması tədbirlərlə təmin olunub.

 

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olduğuna görə ümumilikdə 26 nəfər saxlanılıb.

 

Hər bir fakt üzrə müvafiq idarə, şöbə və bölmələrdə araşdırmalar davam etdirilir.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top