Vasif Talıbov ona 5 min manat mükafat verdi

SOSİAL 22 fev 2020, 11:36

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov müəllimi mükafatlandırıb.

 

Demokrat.az xəbər verir ki, o, Naxçıvan Universitetinin İqtisadiyyat kafedrasının müəllimi Zahid Qənbərov haqda sərəncam imzalayıb.

 

Sərəncamla təhsil və ictimai fəaliyyət sahəsində xüsusi fərqləndiyinə görə Zahid Paşa oğlu Qənbərova muxtar respublikanın Ali Məclis sədrinin mükafatı (beş min manat) verilib.

 

Qeyd edək ki, Zahid Qənbərov Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin şöbə müdiri və "Naxçıvan" Universitetinin müəllimidir.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top