"İnsanlarımızı əzab-əziyyətlə qurulan dövlətimizdən küsdürürlər" – Adil Əliyev

SİYASƏT 21 fev 2020, 21:12

“Cənab Prezidentin sözlərindən nəticə çıxartmayan, insanları incidən və rüşvət alan məmurları həbs edilən icra başçılarının taleyi gözləyir. Bir müddət əvvəl mətbuata müsahibəmdə bəzi icra başçılarının qanunsuzluq etmələri haqqında fikirlərimi bildirmişdim. Fikirlərimə görə məni qınayanlar oldu. Ancaq son həbslər göstərdi ki, fikirlərimdə yanılmamışam. Üstəlik, cənab Prezident çıxışlarında məmurları xalqla iç-içə və qanunsuz işlərdən uzaq olmağa çağırır. Bunu etməyənləri qanunla cəzalandıracağını bildirmişdi”.

 

Demokrat.az xəbər verir ki, bunu V çağırış Milli Məclisin deputatı Adil Əliyev deyib.

 

“Ancaq bəzi məmurlar bundan dərs almadılar. Nəticədə də hüquq mühafizə orqanları tərəfindən həmin məmurlar rüşvət aldıqları yerdə cinayət məsuliyyətinə cəlb olunurlar. Hadisələrə mənəvi-psixoloji tərəfdən yanaşdıqda ortaya belə nəticə çıxır: Həbs edilən məmurlar el-oba, ailələri, qohum-əqrabası içində də rüsvay olurlar. Həmçinin onlar bununla milli dövlətçiliyə zərbə vururlar. İnsanlar arasında dövlətimizə qarşı inamsızlıq formalaşdırırlar. İnsanlarımızı əzab-əziyyətlə qurulan dövlətimizdən küsdürürlər. Nə qədər gec deyil, həmin məmurlar qanunsuz işlərindən uzaq durmalı və cənab Prezidentin bildirdiyi kimi “xalqın xidmətçiləri” olmalıdılar” – A.Əliyev qeyd edib.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top