Oqtay Gülaliyev əlil arabasında gəzir

SOSİAL 21 fev 2020, 21:05

Komada olan hüquq müdafiəçisi Oqtay Gülalıyev əlil arabasında gəzir.

 

Demokrat.az-ın xəbərinə görə, bu barədə O.Gülalıyevin həyat yoldaşı Firuzə Gülaliyevə məlumat verib.

 

"Oqtay bəyi hər gün yarım saat xüsusi qurğuların köməyilə ayaqüstə saxlayırlar. Gündə bir neçə dəfə isə 1 saat əlil arabasında otuzdururlar. Gözlərindəki ifadədən görünür ki, xüsüsilə pəncərənin qarşısında əyləşdiriləndə o məmnun olur. Oqtay bəyin müalicə həkimi yaxın vaxtlarda onun səhhətində irəliləyiş gözlədiklərini bildirib. Allah fədakar dostumuza kömək olsun" - qeyd olunub. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top