MSK daha bir məntəqədə nəticələri etibarsız saydı

SOSİAL 21 fev 2020, 19:28

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Milli Məclisə seçkilərlə əlaqədar 9 saylı Binəqədi İkinci Seçki dairəsindən namizədlər - Ülvi Həsənov və Şəhriyar Bayramovun müraciətinə baxılıb.

 

Bu barədə MSK üzvü İlkin Şahbazov məlumat verib. Onun sözlərinə görə, namizədlər müraciətində səsvermə günü pozuntuların olduğunu iddia edib. Qeyd olunub ki, araşdırma zamanı sözügedən dairənin 20 saylı seçki məntəqəsində keçirilən səsvermənin seçicilərin iradəsini özündə əks etdirmədiyi məlum olub.

 

MSK 20 saylı seçki məntəqəsində səsvermənin nəticələrinin etibarsız sayılması ilə bağlı qərar qəbul edib. (Oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top