Daha bir ölkədə koronavirus aşkarlandı

DÜNYA 21 fev 2020, 22:38

Bütün dünyaya sürətlə yayılmağa başlayan koronavirus infeksiyası Livanda qeydə alınıb.

 

“Report” “Arab News”a istinadən xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Hamad Həsən bildirib.

 

O, həmin şəxsin Livan vətəndaşı olan qadının ölkəyə İranın Qum şəhərindən yenicə qayıtdığını açıqlayıb.

 

Bundan başqa, ötən həftə Kanadanın Britaniya Kolumbiyası əyalətinə gələn 35 yaşlı iranlı qadın koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilib.  

 

Xatırladaq ki, ümumilikdə, dünyada koronavirusdan ölənlərin sayı 2 200-ü ötüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top