"Hərbi hissələrdə seçkilər tam şəffaf keçirilir" — Məzahir Pənahov

SİYASƏT 21 fev 2020, 20:00

"Hərbi hissələrdəki məntəqələrdə səsvermə prosesi digər seçki məntəqələrindən fərqlənmir. Bu məsələlərdə dünyanın heç yerində Azərbaycandakı qədər açıqlıq yoxdur”.


Demokrat.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında sədr Məzahir Pənahov deyib.

 

Onun sözlərinə görə, seçicilərin səsini tənzimləmək üçün hər hansı hüquq norması yoxdur: "Seçki Məcəlləsində məntəqələrlə bağlı ayrı-seçkilik nəzərdə tutulmayıb. Azərbaycanda hərbi hissələrdə seçkilər tam şəffaf keçirilir. Seçki günü hərbi hissələrdə yaradılan məntəqələrdə baş tutan səsvermə ilə bağlı müxtəlif şikayətçilər öz narahatlığını ifadə edir. Amma burada bizim edə biləcəyimiz heç nə yoxdur”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top