YAP-ın deputatlığa namizədi həbs olundu

GÜNDƏM 21 fev 2020, 19:14

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizlik Xidməti Neftçalada xüsusi əməliyyat keçirib və başda icra başçısı olmaqla bir neçə vəzifəli şəxs həbs olunub.

 

Demokrat.az "Yeni Sabah"a istinadla xəbər verir ki, saxlanılanlar arasında Neftçalanın icra başçısının müavini Gültəkin Sadıqova da var. G.Sadıqova bu il keçirilən seçkilərdə deputatlığa namizəd olub. O, fevralın 9-da baş tutan növbədənkənar parlament seçkilərində 61 saylı Neftçala seçki dairəsindən mandat uğrunda mübarizəyə qatılıb.

 

Qeyd edək ki, Gültəkin Sadıqovanın namizədliyi hakim Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən irəli sürülüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top