Manaf Ağayev polisə çağırıldı və üzr istədi — RƏSMİ

ŞOU-BİZNES 21 fev 2020, 19:07

Müğənni Manaf Ağayev Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) dəvət olunub.

 

Onunla profilaktik söhbət aparılaraq sərbəst buraxılıb. M.Ağayev hərəkətindən peşman olduğunu bildirərək üzrxahlıq edib.

 

Məlumatı BŞBPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev "Report"a təsdiqləyib.

 

Xatırladaq ki, M.Ağayev ATV-də veriliş zamanı qadınlara qarşı zorakılığa çağırış edən fikirlər səsləndirib.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top