Bakı-Alanya təyyarəsi məcburi eniş etdi

HADİSƏ 21 fev 2020, 14:05

Bakıdan Alanyaya uçan təyyarə Ankarada məcburi eniş edib.


Demokrat.az xəbər verir ki, bu barədə “Buta Airways” məlumat yayıb:


“Alanyanın hava limanında (GZP) qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq “Buta Airways”in saat 07:39-da Bakıdan yola düşən J2 9111 nömrəli aviareysində hava gəmisinin kapitanı Ankaranın Esenboğa hava limanına (ESB) məcburi eniş etmək qərarı alıb. Reys Bakı vaxtı ilə saat 11:08-də Ankarada uğurlu eniş edib”.


Məlumatda qeyd edilib ki, təyyarə hava şəraiti yaxşılaşdıqdan sonra Alanyaya yola düşəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top