Bakıda 5 gün öncə ölən qadının çürümüş meyiti tapıldı

KRİMİNAL 21 fev 2020, 20:53

Nizami rayonunda evdən çürümüş meyit tapılıb.

 

Demokrat.az xəbər verir ki, rayon sakini, 1937-ci il təvəllüdlü Matarenko İrina İvanovnanın çürümüş meyiti yaşadığı ünvanda aşkarlanıb.

 

Meyiti ətrafa yayılan kəskin qoxudan sonra İ. Matarenkonun qonşuları müəyyən edib.(Yeni Sabah)

 

Meyitin ilkin araşdırması zamanı qadının beş gün əvvəl öldüyü məlum olub.

 

Hadisənin təfərrüatı Nizami Rayon Polis İdarəsində araşdırılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top