Bu yollarda sürət həddi endirili

SOSİAL 21 fev 2020, 00:15

Yağışlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti - Hava limanı və Zığ yolu - Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi zolaqlar üzrə müvafiq olaraq endirilib.

 

Demokrat.az xəbər verir ki, bu barədə BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

 

O qeyd edib ki, məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir: "Sürücülərə hərəkətdə olan zaman sürət həddinə əməl etmələri və meteoroloji amilləri nəzərə almaları tövsiyə olunur".

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top