Paşinyandan sensasion status: "Xocalını ruslar törədib" – FOTO

SİYASƏT 21 fev 2020, 00:02

Ermənistan Baş nazir Nikol Paşinyan fevralın 15-də Münhen Təhlükəsizlik Konfransında Prezident İlham Əliyevlə debatda aldığı ağır təəssüratdan çıxa bilmir.

 

Demokrat.az Axar.az-a istinadla xəbər verir ki, ölkəsinə qayıtdıqdan sonra Paşinyan Xocalı soyqırımı məsuliyyətini sələflərinin və ümumiyyətlə, ermənilərin üzərindən atmaq üçün bir status paylaşıb.

 

Status belədir:

 

“Fakt fakt olaraq qalır: Xocalıda azərbaycanlıların qırğınının Azərbaycandakı ermənilərlə ortaq heç nəyi yoxdur, bunu Rusiyanın 366-cı alayı edib. Bu faciədə bizim günahımız yoxdur”.

 

Bundan təxminən bir neçə dəqiqə sonra isə Paşinyan ciddi siyasi səhvə yol verdiyini anlayıb və paylaşımını silib.

 

Əvəzində isə bu sözləri saxlayıb:

 

“Fakt fakt olaraq qalır”.

 

Qeyd edək ki, sözügedən statuslar skrin edilərək, erməni mediasında paylaşılıb.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top