İranda daha 3 nəfər koronavirusa yoluxdu

DÜNYA 20 fev 2020, 23:28

İranda daha 3 nəfərin koronavirusa yoluxması ilə bağlı yayılan xəbərlər rəsmən təsdiqlənib.


Demokrat.az xəbər verir ki, İran Səhiyyə Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Kiyanuş Cahanpur yaydığı bəyanatda Qumda 2 nəfərin, Ərakda isə 1 nəfərin bu virusa yoluxduğunu təsdiqləyib.

 

O bildirib ki, xəstəliyə tutulan Ərak sakini həkimdir.


Virusa yoluxanların Tehran xəstəxanalarına köçürüldükləri deyilir. Bundan başqa, koronavirusa yoluxduğu ehtimal edilən 5 digər Qum sakini də daha dəqiq analizlərin aparılması üçün Tehrana göndərilib.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top