"Nöqsanlara yol verən məmurlar ciddi cəzalandırılacaqlar" – Deputatlardan REAKSİYA

GÜNDƏM 20 fev 2020, 23:02

Prezident İlham Əliyev tərəfindən bir çox sahələrdə olduğu kimi, icraedici hakimiyyətdə ciddi struktur islahatları sürətlənib.

 

Prezident fəaliyyətində ciddi nöqsanlara yol verən, verilən vəzifələrin öhdəsindən gələ bilməyən icra başçılarına çıxarıb, onların yerlərinə isə daha gənc kadrlar təyin edib.
Ölkə başçısı həm icra başçıları ilə görüşlərdə, həm də müxtəlif müşavirə və konfranslarda icra başçılarına ciddi xəbərdarlıqlar edib. İlham Əliyev vəzifəsinin öhdəsindən gələ bilməyən, xalqa xidmət etməyi bacarmayan icra başçılarına güzəşt edilməyəcəyini bildirib.


Qeyd edək ki, bu gün KİV-də yayılan məlumatlarda Nefçala rayon İcra hakimiyyətinin başçısının saxlanılması xəbəri yayılıb.

 

Mövzu ilə bağlı Milli Məclisin deputatları Asim Mollazadə və Elman Nəsirov Sonxeber.az-a danışıblar.


Deputat Asim Mollazadə bildirib ki, Azərbaycanda başlanılan hərtərəfli islahatlar ilk növbədə məmur özbaşınalığına son qoymalıdır:


"Məmurlar bir neçə sahədə məhz xalqdan ayrılaraq, xalqın qanını içməklə məşğul olurlar. Nöqsanlara yol vermiş məmurlar bilməlidirlər ki, onların aqibəti çox ağır olacaq. Onlar qanun qarşısında cavab verməli olacaqlar. Məmurlar unutmamalıdırlar ki, onların vəzifəsi məhz xalqa xidmət etməkdən ibarətdir. Bilavasitə dövlət siyasətini həyata keçirmək lazımdır. Ona görə də düşünürəm ki, bu dəyişiklikləri anlamayan məmurlar mütləq cavab verməli olacaqlar. Bu, Azərbaycan dövlətinin apardığı siyasətin real, hərtərəfli və ilk növbədə məmur özbaşınalığına son qoyan addımlardır. Görürsünüz ki, onların arasında çox təhlükəli şəxslər var və onlara heç nə təsir etmir. Ona görə də qanunun ağır əlini hiss edəcəklər".


Deputat Elman Nəsirov fikirlərinə bir deyimlə başlayaraq bildirib ki, tarixin ən böyük dərsi ondan ibarətdir ki, insanlar ondan dərs almırlar:


"Prezident İlham Əliyev ölkəmizdə dərinləşən islahatlar kursunu həyata keçirir. İslahatlar özünün yeni mərhələsinə daxil olub. Bu islahatlar icra hakimiyyəti strukturunu, Prezident Administrasiyasını, Nazirlər Kabinetini əhatə etdi. Bildiyiniz kimi, parlament seçkiləri keçirildi. Bu da, Parlament Ali Qanunverici orqan sahəsində olan islahatlardır. Eyni zamanda, çox ciddi kadr islahatları da həyata keçirilir. Təbii ki, yeni dövrün tələblərinə uyğun olaraq kadr islahatlarına ölkəmizdə çox böyük önəm verilir. Xüsusilə də gənc, bacarıqlı, istedadlı, bilikli, savadlı və vətənpərvər gənclərə etimad göstərilir, onlar yeni vəzifələrə təyin olunur. Xüsusilə də icra başçısı vəzifəsinə təyin olunan gənc kadrlar buna sübutdur. Yadınızdadırsa cənab prezident İlham Əliyev icra başçısı vəzifəsinə təyin etdiyi gənc kadrlarla keçirdiyi görüşdə, onların qarşısında bir məslə qoydu ki, siz bu xalqa ləyaqətlə xidmət etməlisiniz və xalqın xidmətçisi olmalısınız. Prezident hər zaman söyləyir ki, mən bu xalqın bir nömrəli xidmətçisiyəm. Sizi bu vəzifəyə təyin etməyim, bu gün sizə olan böyük etimadımdır. Amma sabah necə olacaq, artıq o sizin davranışınızdan, xalqa nə dərəcədə ləyaqətlə xidmət etməyinizdən asılı olacaq. Eyni zamanda cənab prezident bildirdi ki, həm indi təyin olunan, həm də ki, icra başçısı kimi artıq xeyli müddətdir ki, xidmət göstərənlər də bu ismarıclardan nəticə çıxarsınlar. Yəni, xalqa, dövlətə ləyaqətlə xidmət etsinlər. Əsas vəzifə budur. Cənab prezident eyni zamanda qeyd etdi ki, əgər ləyaqətlə xalqa xidmət edəcəklərsə, mükafatlandırılacaq, daha da irəli çəkiləcəklər. Yox, əgər bunun əksi olsa, öz şəxsi mənafelərini hər şeydən üstün tutsalar, belən olan vəziyyətdə çox ciddi cəzalandırılacaqlar. Cənab prezident İlham Əliyev məmurlara, icra başçılarına çox kəskin şəkildə öz xəbardarlığını etdi. Amma görünür ki, bəzi icra başçıları hələ də köhnə ampulasındadırlar. Onlar yenə də xalqa ləyaqətlə xidmət deyil, öz şəxsi maraqlarını, ciblərini hər şeydən üstün tutdular və beləliklə cəzalarını da aldılar. Ağstafa rayon icra hakimiyyətinin başçısı xalqa deyil, məhz özünə xidmət etdiyinə görə həbs edildi. Bu gün də KİV-nin yaydığı məlumatda da qeyd olunur ki, Nefçala rayon icra hakimiyyətinin başçısı da saxlanılıb. Yəqin ki, araşdırmalar nəticəsində bizim daha dəqiq məlumatımız olacaq ki, ona hansı ittihamlar irəli sürülür. Amma hər halda saxlanılıbsa, deməli burada cənab Prezidentin tələbləri, xalqa ləyaqətlə xidmət etmək kimi məsələlərin əksinə olan bir xidmət var. Öz şəxsi mənafeyi, maraqları öndə olan məsələlər var və buna görə də hesab edirəm ki, öz cəzalarını alırlar. Bu bir daha bütün digərlərinə dərs olmalıdır ki, cənab Prezidentin sözü ilə əməli üst-üstə düşür. Bir daha vurğulayıram ki, Cənab Prezident dedi ki, xalqa ləyaqətlə xidmət edən mükafatlandırılacaq amma bunun əksini edənlər isə cəzalandırılacaqdır. Hesab edirəm ki, həmin fikirlərin bu gün real həyatdakı təsdiqinə biz şahidlik edirik.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top