“Copy-Paste”ın ixtiraçısı vəfat etdi

DÜNYA 20 fev 2020, 14:05

ABŞ-ın Silikon Vadisinin məşhur investorlarından biri, “Copy-Paste” funksiyalarının ixtiraçısı Lari Tesler vəfat edib. 


“Report” xarici mətbuata istinadən xəbər verir ki, o, 74 yaşında dünyasını dəyişib. 


Xatırladaq ki, L.Tesler 1980-1997-ci illərdə ABŞ "Apple" korporasiyasında işləyib və "Ctrl + x", "Ctrl + c", "Ctrl + v" funksiyalarının ixtiraçısı kimi tanınıb.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top