"Qayınanam ilə yaşasaydım..." — Yenicə toyu olan Aynişan ƏSƏBLƏŞDİ

ŞOU-BİZNES 20 fev 2020, 13:13

Xalq artisti Aybəniz Haşımovanın bir müddət öncə ailə quran qızı Aynişan qayınanası haqqında danışıb.


Demokrat.az xəbər verir ki, Aynişana instagram hesabında izləyicilərinin ünvanladığı "qayınananızla yaşayırsınız yoxsa ayrı?" sualı ilə qarşılaşıb. O isə bu suala sərt reaksiya göstərərək açıqlama verib:


"Bu sualı o qədər insan yazıb...o qədər...Mənim anlamadığım bilirsiniz nədir? Niyə məhz qayınananı vurğulayırsınız? Əgər söhbət ailə içində yaşamaqdan gedirsə, o evdə qayınata, baldız, qayın da ola bilər...Niyə sadəcə qayınananı soruşursunuz? Niyə bu qədər önyarqılısınız? Niyə qayınana ilə yaşamağı faciə kimi qəbul edirsiniz? Kaş ki, qayınanam ilə yaşayardım... qızıl kimi insandır. Çox sevirəm, hədsiz çox. Sevdiyim insanı dünyaya gətirən varlıqdır. Necə sevməyim axı? Kaş ki, hər insan gəlinini onun qədər sevə!".


Qeyd edək ki, Aynişan fitnes məşqçisi Kənan Əliyevlə ailə qurub.

 

 

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top