Koronavirusa görə telefonların qiyməti kəskin bahalaşdı — VİDEO

İQTİSADİYYAT 20 fev 2020, 08:58

Çində yayılan koronavirus səbəbi ilə bu ölkədən ixrac edilən malların həcmi azaldığından ölkəmizdə də Çin mallarının satış qiymətində artım müşahidə edilir.


Demokrat.az Xəzər TV-yə istinadla xəbər verir ki, bu artım xüsusi ilə mobil telefon bazarında özünü göstərir. Satıcıların sözlərinə görə artıq məhsul qıtlığı yarandığından qiymətlər artırılıb. Artım isə telefonun marka və modelinə görə dəyişir.


Koronovirus səbəbi ilə bir çox zavodlar fəaliyyətini dayandırdığından və yaxud istehsal həcmini azaltdığından ölkəmizdə də mobil telefon və aksesuarlarda qıtlıq müşahidə edilir. Satıcıların sözlərinə görə, bu amil bir başa qiymətə təsir edir.


Satıcılar bildirir ki, telefonla yanaşı mobil aksesuarlarda da qiymət artımı müşahidə edilir. Amma artım hələki cuzi olduğundan alıcılar bunu hiss etmirlər.


Bu işlə məşğul olanlar bildirir ki, artıq digər ölkələrdə yerləşən zavodlarla danışıqlar aparılır, amma məsafə və işçi qüvvəsi baxımından ordan gələn məhsullar daha baha qiymətə başa gəlir.


Bu bizneslə məşğul olanlar bildirir ki, virusun fəsadları böyüyərsə, qiymətlərdə artım daha gözəçarpan şəkildə hiss ediləcək. Əks halda isə qiymətlər yenə əvvəlki səviyyədə ola və hətta daha da ucuzlaşa bilər.

 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top