Çində koronavirusdan ölənlərin sayı 2118 nəfərə çatdı

DÜNYA 20 fev 2020, 09:11

Çində koronavirusdan ölənlərin sayı artıb.

 

Demokrat.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.


Qeyd edilir ki, yeni virusdan ölənlərin sayı ümumilikdə 2 118 nəfərə çatıb. 


Bir gün ərzində virusdan 114 ölüm hadisəsi baş verib. Ölkə üzrə ümumilikdə 16 155 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıblar.


Komitə qeyd edib ki, koronavirusa yoluxanların da sayı artır. 


Hazırda ölkədə 74 576 insan virusun daşıyıcısıdır. Virusa yoluxan 11 864 nəfərin vəziyyəti ağırdır. 


31 əyalətdə 56 303 nəfər müalicə alır. (report)


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top