Bakıda torpağın və bağ evlərinin qiyməti ucuzlaşdı

SOSİAL 20 fev 2020, 00:17

Bakıda ötən ay ərzində torpağın və bağ evlərinin qiyməti azalıb.


Bu barədə Demokrat.az-a "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.


N.İbrahimov bildirib ki, yanvar ayında topraq bazarında qiymətlərdə azalma 3.35 faiz təşkil edib, il ərzində isə 0.6 faiz artım olub.


Ekspertin sözlərinə görə, bağ evlərinin qiymətində ay ərzində azalma 6.96 faiz olub, il ərzində isə 8.1 faiz artım qeydə alınıb.


N.İbrahimov vurğulayıb ki, fərdi yaşayış evlərinin qiymətində ay ərzində artım 2.52 faiz təşkil edib, il ərzində isə artım 1.39 faiz olub.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top