"İrəvan Qarabağ erməniləri üçün “işarə qoymaq” istəyir" — Metyu Brayza

GÜNDƏM 19 fev 2020, 21:19

ATƏT Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsində yalnız iki tərəfi tanıyıb – Ermənistan və Azərbaycanı.


Demokrat.az xəbər verir ki, bunu Trend-ə ATƏT Minsk qrupunun ABŞ-dan sabiq həmsədri Metyu Brayza Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrində açıqlamalarını şərh edərkən deyib.


O bildirib ki, Minsk Qrupunun danışıqlarında yalnız Bakı və İrəvanın nümayəndələri iştirak ediblər: “Mən həmsədr olduğum müddətdə erməni tərəfi qondarma Dağlıq Qarabağ “nümayəndələri”nin iştirak etməsini istəyirdi, amma hər üç həmsədr bu müraciətləri qəbul etmirdi. Həmsədrlərin müqavimətindən sonra İrəvan bu tələbi irəli sürməyib”.


M.Brayza hesab edir ki, bu cür bəyanatlarla Ermənistan hökuməti Azərbaycanı qıcıqlandırmadan və danışıqlar masasında yaranan müsbət impulsu zərbə altına qoymadan Qarabağ erməniləri üçün “işarə qoymaq” istəyir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top