Bakıda hündürmərtəbəli binadakı yanğın söndürüldü — YENİLƏNİB

HADİSƏ 19 fev 2020, 22:32

Bakı şəhərinin Nizami rayonunda tikintisi başa çatmayan çoxmərtəbəli yaşayış binasının səkkizinci mərtəbəsində ümumi sahəsi 64 m² olan 2 otaqlı mənzildə 3 m² sahədə tikinti materialları yanıb. 

 

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, mənzil yanğından mühafizə olunub. 

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. 

 

***

Bakıda hündürmərtəbəli binada yanğın başlayıb.


Demokrat.az APA-ya istinadən xəbər verir ki, ilkin məlumata əsasən, Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsi 15/21 ünvanında 18 mərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində mənzil yanır.


DYMX-nın müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top