Koronavirus Azərbaycana yaxınlaşdı — Virusa yoluxan iki nəfər öldü

HADİSƏ 19 fev 2020, 20:02

İranda koronavirusa yoluxan iki nəfər ölüb.

 

APA-nın Tehran bürosunun məlumatına görə, Qum şəhər xəstəxanalarından birində tənəffüs problemləri ilə müalicə alan hər iki xəstənin analizləri onların koronavirusa yoluxduğunu göstərib. Hər iki xəstə həyatını itirib.

 

Qeyd edək ki, bu gün İran rəsmiləri ölkədə iki nəfərdə koronavirus aşkarlandığını ilk dəfə təsdiq edib.

 

İran Səhiyyə Nazirliyi son 2 gün ərzində bir neçə yeni koronavirus şübhəsi ilə müayinə olunan şəxslərin olduğunu açıqlayıb.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 apr 2024, 16:22
Top