"Bəzi namizədlərin iddiaları gülməlidir" — Məzahir Pənahov

GÜNDƏM 19 fev 2020, 18:47

“Bəzi namizədlərin Mərkəzi Seçki Komissiyasının (MSK) onların şikayətlərinə baxmaması ilə bağlı iddiaları gülməlidir”. 

 

Demokrat.az bildirir ki, bunu MSK-nın iclasında qurumun sədri Məzahir Pənahov deyib.

 

O bildirib ki, bəzi namizədlər şikayətləri qanunla müəyyən olunmuş vaxtda təqdim etmirlər.

 

M.Pənahov qeyd edib ki, namizədlər qanunu pozmamalıdır. 

 

“Bəzi namizədlər gəlib, Mərkəzi Seçki Komissiyasının qapısını bağlayıb, deyirlər ki, içəri heç kimi buraxmayacaqlar. Bu, MSK-nın işinə və fəaliyyətinə mane olur”.  (Oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top