Bu məntəqələrdə pozuntular aşkar edildi — Nəticələr ləğv olundu

HADİSƏ 19 fev 2020, 17:37

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 90 saylı Ağdaş seçki dairəsindən namizəd Səidə Cəbrayılovanın müraciətinə baxılıb.

 

Məsələ ilə bağlı MSK üzvü Qabil Orucov məlumat verib.

 

MSK üzvü bildirib ki, namizəd müraciətində qeyd edib ki, DSK tərəfindən onun hüquqları pozulub:

 

“Araşdırma ilə bağlı şikayətçi ilə əlaqə saxlanılıb. Araşdırma nəticəsində 6 və 7 saylı seçki məntəqələrində pozuntular aşkar edilib. Digər məntəqələr üzrə isə pozuntular müəyyən edilməyib. Bununla əlaqədar 2 məntəqədə səsvermənin nəticələri etibarsız sayılmalıdır”.

 

İclasda həmin dairənin 2 seçki məntəqəsi (6 və 7 saylı) üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.

 

Qeyd edək ki, 2 məntəqənin nəticələrinin ləğv edilməsi bu dairə üzrə lider namizədin dəyişməsinə səbəb olmayıb.

 

Bu dairənin lider namizədi Cavid Osmanovdur. (Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top