Aydın Mirzəzadənin dairəsində bu məntəqələrin nəticələri ləğv edildi

GÜNDƏM 19 fev 2020, 17:11

Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında 47 saylı Mingəçevir Seçki Dairəsindən namizədlər İbrahim Salamovun və Qurbanəli Yusibovun müraciətləri müzakirəyə çıxarılıb. 


Bu barədə MSK üzvü Baxşeyiş Əsgərov məlumat verib. 


Qeyd olunub ki, şikayətçilər müvafiq seçki dairəsi üzrə nəticələrin etibarsız sayılmasını tələb edirlər.


B.Əsgərov isə bildirib ki, həmin dairənin yalnız üç seçki məntəqəsində seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən hallar aşkarlanıb. 


Qeyd edək ki, həmin dairənin lider namizədi Aydın Mirzəzadədir. (Oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top