Bakıda daha 3 xəttin köhnə avtobusları "BakuBus"larla əvəz olunur — RƏSMİ

SOSİAL 19 fev 2020, 19:34

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimlini qəbul edib.


Görüş zamanı Vüsal Kərimli ölkə başçısına bu il alınacaq 415 avtobusdan 115-nin artıq sifariş edilməsi, 300-nün isə tenderə çıxarılacağı barədə məlumat verib.
BNA İdarə Heyətinin sədri əlavə edib ki, alınacaq 8 və 9 metrlik avtobuslar qəsəbələrətrafı və qəsəbələrdaxili hərəkət üçün daha təhlükəsiz, onların yoluna uyğun olması üçün nəzərdə tutulub. O, eyni zamanda mart ayında daşıyıcılar tərəfindən də 50-yə yaxın avtobusun gətiriləcəyini bildirib. Bu avtobusların qəsəbələr istiqamətində xətlərə buraxılması nəzərdə tutulur.


BAKU.WS yeni alınacaq avtobusların hansı istiqamətə buraxılmasını dəqiqləşdirmək məqsədilə BNA-ya sorğu göndərib. Sorğunun cavabında qeyd olundu ki, yeni gətiriləcək avtobusların hansı marşrut xətlərinə verilməsi müsabiqə yolu ilə baş tutur: "Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, müsabiqə keçirilir. Hazırda Bakı şəhərində ən son olaraq müntəzəm 7 marşrut xətti ilə bağlı müsabiqə elan edilib. Bundan əvvəl isə 5 marşrut xətti ilə bağlı müsabiqə olub. İndidən demək mümkün deyil ki, avtobuslar hansı marşrut xəttinə çıxarılacaq. Müsabiqədə müxtəlif daşıyıcılar, o cümlədən "BakuBus" MMC də iştirak edir. Hansı daşıyıcının avtobusları müsabiqə şərtlərinə uyğundursa və istehsalat bazasına cavab verirsə, həmin xəttin istismarı da həmin avtobuslara həvalə olunur.


Sonuncu müsabiqənin nəticələrinə əsasən, 11, 30 və 40 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların istismarı "BakuBus" MMC-yə həvalə olunub. Yaxın vaxtlarda həmin marşrutlar üzrə yeni gətirilmiş avtobuslar xəttə veriləcək. Qalan digər avtobuslar və gətiriləcək 115 avtobus bu qaydada müsabiqə yolu ilə xətlərə buraxılacaq".


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top