Sevinc Fətəliyevanın dairəsində 4 məntəqə ləğv edildi

GÜNDƏM 19 fev 2020, 16:35

MSK-nın iclasında 30 saylı Suraxanı birinci seçki dairəsi üzrə namizəd olmuş Samirə Rəfullayevanın şikayətinə baxılıb.


Demokrat.az xəbər verir ki, məsələ barədə MSK üzvü İlham Məmmədov məlumat verib. 


O bildirib ki, S.Rəfullayeva bu dairə üzrə pozuntular olduğunu bildirərək həmin dairə üzrə nəticələrin etibarsız sayılmasını xahiş edib.


Ancaq İlham Məmmədov qeyd edib ki, bu iddialar tam olaraq öz təsdiqini tapmayıb. Yalnız 12, 14, 16 və 18 saylı seçki məntəqələrində səslərin etibarsız hesab edilməlidir:


“Bu seçki dairəsi üzrə sosial şəbəkələrdə 4 videogörüntü yayılıb. Araşdırma nəticəsində sevindirici halar da aşkar edilib. Bu görüntülərdə məntəqə seçki komissiyalarının müsbət işləri də öz əksini tapıb”.


MSK 30 saylı Suraxanı birinci seçki dairəsi üzrə 4 məntəqədə - 12, 14, 16 və 18 saylı məntəqələrdə səsvermənin nəticələrinin etibarsız sayılmasına dair qərar qəbul edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top